Home » Moody’s Kredit Reytinq Agentliyi: Malayziyanın İslam bankçılığı inkişaf etməkdədir

Moody’s Kredit Reytinq Agentliyi: Malayziyanın İslam bankçılığı inkişaf etməkdədir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dövlətin dəstəyi nəticəsində sektor yüksələn xətlə böyüyür.

Moody’s Kredit Reytinq Agentliyinin məlumatına görə, Malayziyanın İslam bankçılığı inkişaf etməkdədir.

BBN.az asianbankingandfinance.net-ə istinadən yazır ki, özünün möhkəm balanslandırılmış göstəriciləri, dövlətin dəstək ilə bağlı siyasəti, ümumilikdə bankçılıq sistemində kifayət qədər yeri var. 

Kredit Reytinq Agentliyinin vitse-prezidentinin assistenti və analitik Tengfu Li deyib ki, Malayziyanın digər müsəlman ölkələrinin bankçılıq sistemləri arasında özünün yüksək inkişafı vardır.

Li deyir ki, “İslam bankçılığının bank sektorunda xüsusi yeri vardır, dövlətin “İslam bakçılığı” birincidir siyasəti də burada mühüm rol oynayır: “Lakin ümumi hesablar bankçılıq sistemindəki hesabların yarısından da azdır, amma bu növbəti inkişaf üçün vacibdir”.

Həmçinin dövlətin pandemiyada başlayan, borcalanları dəstəkləmək üçün mexanizmi 2022-ci ilin iyun ayına qədər başa çatacaq. Moody’s əlavə edir ki, Malayziyanın iqtisadi yenilənməsi ilə bağlı olaraq müqayisəli inkişafı limitlidir.

Dövlətin təşəbbüsləri, həmçinin, İslam bankçılığının inkişafına təkan verməkdədir. Bu təşəbbüsün davamı olaraq hökumət və Mərkəzi Bank növbəti illərdə sektoru inkişaf etdirmək üçün planlar hazırlayıb.

Kredit Reytinq Agentliyi əlavə edir ki, digər bankçılıq sistemi ilə yanaşı, İslam bankçılığı özünün mürəkkəbliyi ilə seçilir, bu isə mənfi tərəfi kimi qeyd etmək olar. 

“İslam banklarının güclü gəlirliliyi onlara yaxşı kapitallaşmış vəziyyətdə qalmağa imkan verəcək, böyük depozit bazaları isə genişlənmək üçün kifayət qədər likvidlik təmin edəcək”, – deyə Agentlik əlavə edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.