Home » “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışması keçiriləcək

“Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışması keçiriləcək

by bbnadm
0 comments 1 views 1 minutes read

09-11 sentyabr 2022-ci il  tarixlərində Bakı Ali Neft Məktəbində SOCAR və 4SİM-in birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu keçiriləcək.

Məqsəd: Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə innovativ ideyalara dəstək verilməsidir.

 Kateqoriyalar:

  • Enerji və əşyaların interneti;
  • Enerji və süni intellekt;
  • Enerji və rəqəmsal iqtisadiyyat.

Mükafat fondu: 11 000 manat

  • 1-ci yer 5000 manat;
  • 2-ci yer 3000 manat;
  • 3-cü yer 2000 manat;
  • 2 komandaya həvəsləndirici pul mükafatı 500 manat (hər birinə).

Qeydiyyat üzrə son tarix: 20 avqust 2022-ci il

Hakatonda iştirak üçün şərtlər:

  • Yaş: 18-40
  • İştirakçılar yalnız komanda şəklində çıxış edə bilərlər;
  • Komanda, kapitan da daxil olmaqla, 5 nəfərdən ibarət olmalıdır;
  • Komandaların kapitanı komandanın üzvləri tərəfindən seçilir;
  • Bir komandada eyni müəssisədən maksimum 2 nəfər ola bilər;
  • İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar;
  • İştirakçılardan COVİD-19 peyvənd və ya immunitet sertifikatı tələb olunacaqdır.

Müraciət forması:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeH6E_x_cCvxCik2ghdJ0wIWoS53WdiVbUngvhAiHEQvB4ZHg/viewform?usp=sf_link

Seçilən iştirakçılar hakatonun gündəliyi və ətraflı məlumatla təmin olunacaqlar.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.