Home » Dünyanın ən bahalı otel şəbəkələrinin siyahısı açıqlanıb – RENKİNQ

Dünyanın ən bahalı otel şəbəkələrinin siyahısı açıqlanıb – RENKİNQ

by bbnadm
0 rəy 7 baxış 1 dəqiqə oxuma

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə otel və qonaqlama sahəsində fəaliyyət göstərən şirkətlərinin  dəyərinə görə sıralamasını əks etdirən “Hotels 50” hesabatını dərc edib.

Hesabata istinadən, sözügedən kateqoriyada dünyanın ən dəyərli şirkəti “Hilton” olub. Şirkətin marka dəyəri ötən ilə nisbətən 58% artaraq, 12 milyard ABŞ dolları olub. ABŞ mərkəzli digər otellər şəbəkəsi “Hyatt” 26% bahalaşaraq, 5.9 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Holiday Inn”  şirkətinin ümumi dəyəri isə 10% artaraq 4.2 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Hampton” (3.9 milyard $) və “Marriot” (2.3 milyard $) şirkətlərinə layiq görülüb.

Otel şəbəkələri arasında son bir ildə ən çox dəyər qazanan (112%) ABŞ mərkəzli “Ritz-Carlton” şirkəti 1.1 milyard dollar ilə siyahıda 12-ci yerə yüksəlib. Siyahıda yer alan 50 şirkətin 30-u ABŞ, 5-i isə Böyük Britaniya mərkəzlidir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.