Home » SoftBank tarixdə ilk dəfə rekord həcmdə maliyyə itkiləri ilə üzləşdi – 21.68 milyard dollar

SoftBank tarixdə ilk dəfə rekord həcmdə maliyyə itkiləri ilə üzləşdi – 21.68 milyard dollar

by bbnadm
0 comments 0 views 1 minutes read

Yaponiyanın nəhəng şirkəti SoftBank özünün Vizyon Fondu (Vision Fund) maliyyə bölməsində, iyun rübü üçün 2.93 trilyon yapon yeni, yaxud 21.68 milyard dollar dəyərində itki ilə üzləşib. Bu isə Vision Fund üçün ikinci belə ən böyük rüblük itkidir. 

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, artan faiz dərəcələri fonunda şirkətin texnologiya stokları azalmağa davam edir.

Yahoo Finance-nin məlumatına görə isə Tokioda SoftBank-ın səhmlərinin dəyəri çərşənbə axşamı 8.1% aşağı düşüb, bu isə apreldən bu yana gün ərzində baş verən ən böyük azalmadır. Kompaniya iyun rübündə 600 milyon dollar investisiyanı təsdiq edib, bir il əvvəl isə bu rəqəm 20.6 milyard dollar idi.

Bu, rüb ərzində SoftBank 3.16 trilyon yen xalis zərər edib, ötən ilin eyni dövründə 761.5 milyard dollar dəyərində gəlir əldə edilmişdi. Ona görə də bu şirkət üçün rekord rüblük itki hesab edilir. 

Böyük itkilərə rəğmən isə SoftBank-ın CEO-su Masayoshi Son mətbuat konfransında daha çox mühafizəkar tərzdə çıxış edib və bildirib ki, “bazar və dünya qarışıqdır. SoftBank isə investisiyalarında çox seçici olmuşdu”. 

Qeyd edək ki, SoftBank-ın Vision Fund-ı 2017-ci ildə fəaliyyətə başlayıb və texnologiya şirkətlərinə investisiya edir. Yüksək inkişaf stokları olan Fund-ın zərər etməsinə səbəb isə inflyasiya ilə mübarizə aparmaq üçün ABŞ-da daxil olmaqla, bir çox başqa ölkələrin Mərkəzi Banklarının faiz dərəcələrini artırmasıdır. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.