Home » Almaniya: Ukrayna müharibəsinə rəğmən, iqtisadiyyat inkişaf edib

Almaniya: Ukrayna müharibəsinə rəğmən, iqtisadiyyat inkişaf edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Almaniyanın Federal Statistika Komitəsi (Destatis) cümə axşamı ölkə iqtisadiyyatının 2022-ci ilin II rübündə gözləntilərdən daha yaxşı inkişaf göstəricisi nümayiş etdirdiyini açıqlayıb.

BBN.az DW Business-ə istinadən xəbər verir ki, sürpriz məqam odur ki, ölkədə inflyasiya yüksək həddədir, Rusiyanın Ukraynadakı müharibəsi enerji qiymətlərini artırıb, təchizat ilə bağlı problemlər yaranıb və s. Qış ilə bağlı gözləntilər isə ürəkaçan deyil. 

Destatis tərəfindən açıqlanan press-relizə, əsasən Ümumi Daxili Məhsul (ÜDM) cari ilin II rübündə 0.1% yüksəlib. Nəticələr böhrandan əvvəlki, yəni 2019-cu ilin 4-cü rübündəki səviyyəyə qayıdıb. 

Rəsmi açıqlamaya görə enerjinin yüksək qiymətlərinə rəğmən, müştərilər Covid-19 ilə bağlı qadağalar bitdikdən sonra, daha çox səyahət ediblər, evdən kənarda vaxt keçiriblər. 

ÜDM illik bazada artıb, 2022-ci ilin II rübü bir il əvvəlki eyni rüb ilə müqayisədə 1.7% artım göstərib. Ümumi mənzərədə, xarici ticarət də yüksəlib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.