Home » Böyük Britaniya iyunda Rusiyadan heç bir yanacaq idxal etməyib

Böyük Britaniya iyunda Rusiyadan heç bir yanacaq idxal etməyib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rəsmi məlumatlara, əsasən Böyük Britaniya iyunda Rusiyadan rekord səviyyədə heç bir yanacaq idxal etməyib. Eyni zamanda, Rusiyadan malların idxalı da düşüb, 33 milyon funt sterlinqə. Bu isə 1997-ci ilin yanvarından bəri rekord aşağı rəqəmdir.

BBN.az BBC.com-a istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Milli Statistika Komitəsinin məlumatında bildirilib.

Rusiyanın Ukraynaya fevralın 24-dən bəri işğalçı hücumundan sonra, Qərb ona qarşı iqtisadi sanksiyalar tətbiq etmişdi. Böyük Britaniya ilin sonuna qədər Rusiyadan gələn neft idxalını, təbii qaz idxalını isə ən qısa zamanda dayandırmağa söz verib.

Rusiyadan yanacaq idxalı fevral ayına qədər əvvəlki 12 ayın orta göstəricisi ilə müqayisədə 499 milyon funt-sterlinq və ya 100% azalıb.

Beynəlxalq Enerji Agentliyinin məlumatına, əsasən 2021-ci ildə ölkə təbii qazın 4%-ni, neftin isə 11%-ni Rusiyadan idxal edirdi. 

Rusiyaya ümumi ixrac isə fevral ayına qədər əvvəlki 12 ayın orta göstəricisi ilə müqayisədə demək olar ki, 70%-ə qədər enib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.