Home » Yelo Bank-dan sahibkarlar üçün parlaq əməkhaqqı kartları

Yelo Bank-dan sahibkarlar üçün parlaq əməkhaqqı kartları

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yelo Bank korporativ müştərilərinə parlaq əməkhaqqı layihəsini təklif edir. Bank-ın bu biznes xidmətində həm sahibkar, həm də şirkət əməkdaşları üçün xüsusi güzəştlər və üstünlüklər nəzərdə tutulub. Xidmətə qoşulan şirkətlərdə mühasibatlıq və xəzinədarlıq işi asanlaşır, şirkətdə nağd pul və sənəd dövriyyəsi azalır. Əməkdaşa çatacaq əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin İnternet bankinq vasitəsilə operativ köçürülməsi təmin edilir. Əməkhaqqının karta köçürülməsi ilə bağlı SMS məlumatlandırma, o cümlədən 3D secure xidməti pulsuzdur. Yelo Bank kartları arasında kartdan-karta əməliyyatı, həmçinin, Yelo Bank və Azərpoçt ATM-lərində nağdlaşdırma komissiyasızdır. Sahibkarın istəyinə gprə ölkədaxili bütün ATM-lərdən də komissiyasız nağdlaşdırma imkanından faydalana bilər. Yelo App tətbiqi isə kart sahiblərinə günün istənilən vaxtında hesablarına nəzarət etmələrinə və müxtəlif ödənişlər həyata keçirməyə imkan verir.

Əməkhaqqı kartlarının üstünlüyü bununla bitmir. Kart vasitəsilə Bankın partnyor şəbəkəsində alış-verişlərdən 30%-dək cashback qazanmaq mümkündür. İstehlak krediti üçün müraciət edəcək əməkdaşlara isə illik faiz dərəcəsinə 1% endirim nəzərdə tutulub.

Qeyd edək ki, əməkhaqqı layihəsi çərçivəsində şirkət tərəfindən açılan hesablar üçün kartlar ödənişsiz təqdim olunur. Yelo Bank-ın əməkhaqqı layihəsinə qoşulduqda çoxsaylı güzəştlərdən faydalanmaqla yanaşı, əlavə vaxt itkisindən və resurs cəlbindən azad olacaqsınız. Layihəyə Bankın istənilən filiallarına yaxınlaşaraq qoşula bilərsiniz. Daha ətraflı: https://bit.ly/ylskfnf

Bank xidmətləri, o cümlədən, o cümlədən məzənnə haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.