Home » “Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə bu il 4800-dək işsiz şəxs üçün kiçik bizneslər qurulub

“Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə bu il 4800-dək işsiz şəxs üçün kiçik bizneslər qurulub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində avqust ayında həssas qruplara aid 1000-dək işsiz şəxs üçün kiçik bizneslər yaradılıb.

Layihənin məqsədi işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, keçmiş məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə, layiqli məşğulluğuna çıxışına şərait yaradılmasıdır.

Bu ilin ötən dövründə proqram çərçivəsində 4800-dək işsiz şəxs üçün kiçik bizneslər qurulub.

Ümumilikdə cari il üzrə 6 mindən çox işsiz şəxsin “Azərbaycanda məşğulluğa dəstək” layihəsinə cəlb edilməsi planlaşdırılır.

Layihəyə cəlb olunan işsiz şəxslərə 29 iqtisadi fəaliyyət istiqaməti üzrə biznes zərflər təqdim edilir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.