Home » ABB bir neçə korporativ müştərisini beynəlxalq sərgi və festivala göndərdi

ABB bir neçə korporativ müştərisini beynəlxalq sərgi və festivala göndərdi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

01 – 04 sentyabr 2022-ci ildə Türkiyənin İstanbul şəhərində 30-cu World Food İstanbul sərgisi keçirilib. ABB qida sənayesi sahəsində fəaliyyət göstərən korporativ müştərilərindən bir qrupunun sərgidə iştirakına şərait yaradıb. Məqsəd yerli istehsalçıların qlobal bazarlardakı yeni trendlərlə tanışlığı, eləcə də işgüzar əlaqələrinin inkişafına dəstəkdir.

ABB-nin təşkil etdiyi heyət səfər çərçivəsində Qida və İçki məhsulları, Qida İşləmə Texnolojiləri Festivalına da (CNR Food İstanbul) qatılıb. Bu festival 2022-ci ildə qlobal səviyyədə təşkil olunan ən böyük ticarət platformasıdır. Dünyanın qida sektorunun ən önəmli təmsilçiləri bu festivalda bir araya gəlir. ABB nümayəndələri və Bankın korporativ müştəriləri sərgi və festivalda yeni məhsul çeşidləri ilə tanış olublar. Xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirərək gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

ABB-nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, bu cür maraqlı təşəbbüslər Bankın müştəri loyallığı proqramından irəli gəlir: “ABB olaraq biz müştərilərimizin biznesinə maksimum faydalı olmağa çalışırıq. Sərfəli məhsul şərtlərimizlə, hər bir müştərimizə fərdi yanaşmamızla, onların işinə dəstəyimizlə bizneslərin etibarlı maliyyə tərəfdaşıyıq. Hər bir biznes qurumunu ABB-nin yaratdığı imkanlardan faydalanmağa çağırırıq”.

 ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.