Home » Rauf Atakişiyev “Kapital Bank”ın İdarə Heyətinə yeni üzv seçilir

Rauf Atakişiyev “Kapital Bank”ın İdarə Heyətinə yeni üzv seçilir

by Zeyneb
0 comments 28 views 1 minutes read

Rauf Atakişiyev Surxay oğlu “Kapital Bank” ASC-nin İdarə Heyətinin yeni üzvü seçilir.

Bununla bağlı qərarın bankın səhmdarlarının Ümumi Yığıncağında qəbul olunması nəzərdə tutulur.

Hazırda “Kapital Bank” ASC-nin İdarə Heyətinə sədr Fərid Hüseynov, üzvlər isə Cavid Mirzəyev, Fərid Hidayətzadə, Kamal Abdullayev, Ağarza Baxşiyev və Cəlal Orucov daxildir. Rauf Atakişiyevin İdarə Heyətinə seçilməsindən sonra üzvlərin sayı sədr də daxil olmaqla 7 nəfərə çatacaq.

Rauf Atakişiyev maliyyə və audit sahəsində 20 ilə yaxın peşəkar təcrübəyə malikdir. O, bu təyinatadək “KPMG Azərbaycan”da tərəfdaş və konsaltinq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

Bundan əvvəl isə Sumqayıt Texnologiyalar Parkında maliyyə direktoru və İdarə Heyətinin üzvü, “Avrora” Şirkətlər Qrupunda baş icraçı direktorun müavini, eləcə də “Deloitte”un Azərbaycan, Rusiya və Böyük Britaniya ofislərində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

banker.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.