Home » ABŞ-da ipoteka faiz dərəcələri 2008-ci ildən bəri ilk dəfə 6%-i keçdi

ABŞ-da ipoteka faiz dərəcələri 2008-ci ildən bəri ilk dəfə 6%-i keçdi

by bbnadm
0 comments 0 views 1 minutes read

ABŞ-da ipoteka kreditləri üzrə faiz dərəcələri 6.02%-ə yüksəlib, bu isə 2008-ci ilin payızından bəri ilk dəfə ən yüksək səviyyədir. Maraqlıdır ki, 2021-ci ilin sentyabrın 15-də isə bu rəqəm cəmi 2.86% olub.

BBN.az CNN Business-ə istinadən xəbər verir ki, Freddie Mac-ın baş iqtisadçısı Sam Khater isə deyib ki, inadkar yüksək inflyasiya ipoteka faiz dərəcələrinin artmasına səbəb olur.

ABŞ-da inflyasiya ilə bağlı gözlənilənin əksinə olan son data-lar isə faiz dərəcələrinə təsir edib. Baş iqtisadçı deyib ki, “2022-ci il başlayan zaman faiz 3.22 olub, cari ilin I yarısında isə daha kəskin artıb və iyunun ortasında isə təxminən 6%-ə yaxın idi”.

“Lakin bundan sonra iqtisadiyyatda baş verən hadisələr və ABŞ Mərkəzi Bankının (FED) inflyasiyanın sürətini yavaşlatmaq missiyası faiz dərəcələrini daha dəyişkən edib”, – deyə o, sözlərinə əlavə edib. 

Məsələn, bu gün eyni qiymətə mənzil sahibi olmaq istəyən şəxs orta hesabla 6.02% dərəcəsi ilə ayda 1.875 dollar faiz ödəməlidir ki, bu isə hər ay 583 dollar daha çoxdur.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.