Home » “Fitch Ratings” İKZF-nin reytinqini “BB+/MÜSBƏT” səviyyəsində təsdiq edib

“Fitch Ratings” İKZF-nin reytinqini “BB+/MÜSBƏT” səviyyəsində təsdiq edib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

25 noyabr 2022-ci il tarixində “Fitch Ratings” agentliyi (Agentlik) tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun  uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BB+/müsbət” səviyyəsində təsdiq edilib.

Reytinqin “BB+” səviyyəsində (proqnoz “müsbət”) təsdiq olunması əsas etibarilə Fondun  dövlətə məxsus olması, yaradıldığı gündən fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət olunması və davamlı dəstəklənməsi, Fondun ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olması ilə əlaqədardır.

Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, likvidlik mövqeyini xüsusi qeyd edib.  

Agentlik hesab edir ki, orta müddətli dövrdə də tənzimləmə və siyasi dəstək Fondun fəaliyyətinə müsbət təsir edəcək.  

“Fitch Ratings” agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.