Home » Gürcüstan Azərbaycandan idxalı 25%-ə yaxın artırıb

Gürcüstan Azərbaycandan idxalı 25%-ə yaxın artırıb

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı ilin yanvar-may aylarında Azərbaycan ilə Gürcüstan arasındakı ticarət əlaqələri genişlənərək 570 milyon ABŞ dollarına çatıb.

BBN.az Gürcüstanın Milli Statistika İdarəsinin ilkin məlumatlarına əsasən xəbər verir ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9% artım göstərib.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi xarici ticarətində 5,5%-lik paya malik olub və ölkənin ən böyük ticarət tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beşinci yerdə qərarlaşıb.

Yanvar-may aylarında Gürcüstandan Azərbaycana ixrac olunan məhsulların dəyəri 269,2 milyon ABŞ dolları təşkil edib. Bu göstərici illik müqayisədə 4,6% azalsa da, Azərbaycan 8,7%-lik payla Gürcüstanın əsas ixrac bazarları arasında Qırğızıstan və Çindən sonra üçüncü mövqedə yer alıb.

Eyni zamanda, Gürcüstanın Azərbaycandan idxalı əhəmiyyətli artım nümayiş etdirərək 300,5 milyon ABŞ dollarına yüksəlib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 24,5% çoxdur. Azərbaycan Gürcüstanın əsas idxal tərəfdaşları siyahısında 4,1%-lik payla Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra altıncı sırada qərarlaşıb.

Məlumata görə, 2026-cı ilin ilk beş ayında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 10,44 milyard ABŞ dolları olub. Bunun 3,11 milyard ABŞ dolları ixracın, 7,33 milyard ABŞ dolları isə idxalın payına düşüb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.