Home » S&P Global və “Morgan Stanley”: Hindistan dünyanın ən böyük iqtisadiyyatının olduğu TOP 3 ölkə ola bilər

S&P Global və “Morgan Stanley”: Hindistan dünyanın ən böyük iqtisadiyyatının olduğu TOP 3 ölkə ola bilər

by bbnadm
0 comments 0 views 1 minutes read

S&P Global və Morgan Stanley-in proqnozuna görə, 2030-cu ilə qədər Hindistan Yaponiya və Almaniyanı qabaqlayaraq dünyanın ən böyük iqtisadiyyatının olduğu ölkələrin siyahısında 3-cü ola bilər.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, S&P Global-ın proqnozuna, əsasən 2030-cu ilə qədər Hindistanın illik nominal Ümumi Daxili Məhsulunun inkişafı (ÜDM) orta hesabla 6.3% olacaq.

Oxşar olaraq, Morgan Stanley-in təxminlərinə, əsasən Hindistanın ÜDM-si 2031-ci ilə qədər hazırkı səviyyədən 2 dəfədən çox artacaq. Eləcə də bundan öncə Hindistan, Reuters, Refinitiv data-nın proqnozlarını üstələyib.

Qeyd edək ki, Business Insider-ə görə, hazırda ən böyük iqtisadiyyatının olduğu ölkələrin siyahısında TOP 10-a ardıcıl olaraq ABŞ, Çin, Yaponiya, Almaniya, Böyük Britaniya, Hindistan, Fransa, İtaliya, Kanada, Cənubi Koreya başçılıq edir. Bildirək ki, ölkələrin böyük iqtisadiyyata malik olduğunu ölçən amil isə ÜDM-dir. ÜDM isə il ərzində ölkənin istehsal etdiyi məhsul və xidmətlərinin ümumi dəyərini göstərir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.