Home » Azexport portalının rəhbəri Amazon və Ebay-də görüşlər keçirib

Azexport portalının rəhbəri Amazon və Ebay-də görüşlər keçirib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalının rəhbəri Ayxan Qədəşov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Amazon elektron ticarət platformasının baş ofisində səlahiyyətli nümayəndə Neyt Hill ilə görüşüb və tərəflər əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Eyni zamanda, A. Qədəşov E-bay platformasında olub və ona platformanın iş sistemi barədə ətraflı məlumat təqdim edilib.

Azexport portalının rəhbəri həmçinin “Costco” topdan satış şəbəkəsinin və digər yerli distributorların nümayəndələri ilə görüşlər keçirib. Azərbaycanın yerli məhsullarının Amerika Birləşmiş Ştatalarına ixracı üçün əməkdaşlığa başlanmasına dair ilkin razılıq əldə olunub.

Səfər çərçivəsində A.Qədəşov ABŞ-ın Kaliforniya  ştatında “Azərbaycan evi” təşkilatının qurucusu Aytən Məmmədova ilə görüşüb. Görüşdə Azərbaycan mallarının ABŞ-a ixracına dair birgə layihənin icrası haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, Azexport portalının rəhbərinin gömrük, logistika, sertifikatlaşdırma və vergi məsələləri üzrə ekspertlərlə görüşləri davam edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.