Home » Avropada təbii qazın qiymətləri qeyri-müəyyən gələcək ilə üz-üzədir

Avropada təbii qazın qiymətləri qeyri-müəyyən gələcək ilə üz-üzədir

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Xəbər verdiyimiz kimi Avropada təbii qazın qiymətləri Rusiyanın Ukraynaya hücumundan öncəki səviyyəyə enmişdi və bu isə 2023-cü ilin qışında enerji böhranının sonunun əlaməti hesab edilirdi. Ancaq ekspertlər isə proqnoz edirlər ki, növbəti qış Avropa üçün daha çətin olacaq. 

BBN.az bu haqda DW Business nəşrinə istinadən yazır ki, 2022-ci ilin sonunda təbii qazın qiyməti hər meqavatt saatına görə 76 avroya (80 dollar) ticarət edilirdi, bu isə 2021-ci ilin dekabrında, Ukrayna müharibəsindən öncəki qiymət səviyyəsinə (75 avro) yaxın idi.

Avqustda isə Avropada təbii qazın qiymətləri müharibədən dolayı tarixi rekord səviyyəyə hər meqavatt saatına görə 350 avroya çatmışdı. Bu isə Rusiyanın Avropaya axını dayandırmasından sonra yaranan təchizat qıtlığından dolayı baş vermişdi. 

Ekspertlər isə deyirlər ki, hazırda təbii qazın qiyməti ilə bağlı pis nəticələr yekunlaşıb və tarixi rekord qiymətindən aşağı enib. Lakin bu o demək deyil ki, Avropanın enerji böhranı sona çatıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.