Home » “Monteneqroda turizm və investisiya imkanları” mövzusunda tədbir keçirilib

“Monteneqroda turizm və investisiya imkanları” mövzusunda tədbir keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Fevralın 3-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Bosniya və Hersoqovina Federasiyası, Monteneqro və Serbiya Respublikası üzrə səlahiyyətli nümayəndəsi Seyran Mirzəzadənin iştirakı ilə “Monteneqroda turizm və investisiya imkanları” mövzusunda onlayn təqdimat keçirilib. Təqdimatda ATİB, MÜSİAD və digər qurumları təmsil edən sahibkarlar iştirak edib.

Tədbirdə ASK Baş katibinin müavini Fuad Hümbətov Konfederasiya, onun fəaliyyət istiqamətələri, beynəlxalq və regional təşkilatlar ilə əməkdaşlıq əlaqələri barədə geniş məlumat verib. Eyni zamanda, o, ASK tərəfindən keçirilməsi planlaşdırılan “Dayanıqlı Kənd Təsərrüfatı Forumu”, eləcə də, xarici ölkələrə planlaşdırılan missiyaları qeyd edib.

Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyev çıxışında Monteneqroda fəaliyyət göstərmək istəyən şirkətlərə və ya onların nümayəndələrinə istənilən dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Seyran Mirzəzadə tədbir iştirakçılarına Monteneqroda mövcud olan turizm potensialı və investisiya imkanları haqqında geniş məlumat verib. Onun sözlərinə görə, Monteneqro ilə Azərbaycan arasında investisiyaların qorunması, ikiqat vergitutma, turizm əlaqələri ilə bağlı ikitərəfli sazişlər mövcuddur. Cəmi 4 milyard dollar büdcəsi olan Monteneqroda bunun 1 milyard dolları turizmdən daxil olan vergilərdir. 694 min nəfər əhalisi olan bu ölkə ildə 2 milyondan çox turist qəbul edir və ilbəil bu göstərici artır.

S.Mirzəzadə Monteneqroda Azərbaycan, Rusiya, BƏƏ və Türkiyə əsilli investorların çoxluq təşkil etdiyini bildirib. O, Monteneqroda şirkət qurulması üçün lazım olan minimum kapital, viza prosedurları, daşınmaz əmlak və torpaq bazarı haqqında məlumatları paylaşıb.

Daha sonra sahibkarları maraqlandıran sualların cavablandırılması ilə görüş yekunlaşıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.