Home » Mastercard rüblük gəlirini 11% artırıb

Mastercard rüblük gəlirini 11% artırıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2023-cü ilin birinci rübündə dünyanın ən böyük ödəniş sistemlərindən birinin operatoru olan “Mastercard Inc” gəlirlərini 11% artırsa da, xalis mənfəəti 10% azalıb.

Trend xəbər verir ki, yanvar-mart aylarında şirkətin gəliri bir il əvvəlki 5,17 milyard dollara qarşı 5,75 milyard dollar təşkil edib. “FactSet” tərəfindən sorğu edilən ekspertlər gəlirin orta hesabla 5,64 milyard dollar olacağını gözləyirdilər.

“Şirkətin nəticələri istehlakçı xərclərində davamlı dayanıqlığı və xaricə səyahətlərdə davam edən bərpanı əks etdirir”, – deyə “Mastercard”ın baş icraçı direktoru Maykl Mibax deyib.

Dünya üzrə “Mastercard” kartlarından istifadə etməklə yerli valyutada ödənişlərin ümumi həcmi son rübdə 15% artaraq 2,1 trilyon dollara çatıb, transsərhəd əməliyyatların həcmi isə 35% artıb.

“Mastercard”ın birinci rübdə xalis gəliri 2,36 milyard dollar təşkil edib (bir il əvvəl 2,63 milyard dollar). Səhm üzrə mənfəət 2,68 dollardan 2,47 dollara düşüb.

2023-cü ilin əvvəlindən şirkətin kapitallaşması 6,2% artıb.

Trend

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.