
Amerikanın “Microsoft” korporasiyası növbəti üç il ərzində Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 18 milyard dollar sərmayə qoyacaq.
BBN.az xəbər verir ki, Microsoft-un baş direktoru Satya Nadellanın verdiyi məlumata görə, bu investisiya şirkətin ölkədəki ən böyük investisiyası olacaq və superkompüterlərin, bulud infrastrukturunun və məlumat mərkəzlərinin tutumunu artırmaq üçün istifadə olunacaq:
“Avstraliyanın süni intellekti real iqtisadi artıma və ictimai faydalara çevirmək üçün böyük imkanları var”.
“Microsoft” 2028-ci ilə qədər ən azı 3 milyon avstraliyalıya süni intellekt bacarıqları öyrətməyi planlaşdırır.
Baş nazir bildirib ki, Amerika şirkətinin investisiyası Avstraliyanın kibertəhlükəsizliyini gücləndirməyə və yeni iqtisadi və məşğulluq imkanları açmağa kömək edəcək.




