Home » Taleh Kazımov: “Maliyyə sektoru hansısa aptek və ya yanacaq doldurma biznesi deyil…”

Taleh Kazımov: “Maliyyə sektoru hansısa aptek və ya yanacaq doldurma biznesi deyil…”

by anar
0 rəy 31 baxış 1 dəqiqə oxuma

Azərbaycanda fəliyyət göstərən banklarda hansısa problemlər vaxtında aradan qaldırılmayıbsa və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır.

BBN.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Maliyyə sektoru hansısa aptek və ya yanacaq doldurma biznesi deyil, odur ki, bu sektor mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir və həcmindən asılı olmayaraq bütün maliyyə sektoruna xələl gətirə bilər.

Bankların bağlanmasını istəməzdim. Amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir. Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorununun mərkəzindədir. Orda olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək”, – deyə T.Kazımov bildirib.

Hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.