Home » Mərkəzi Bank ödəniş sistemi ilə bağlı Qanunun qəbulundan sonra tətbiq ediləcək normativ hüquqi sənədlər üzərində işləyir

Mərkəzi Bank ödəniş sistemi ilə bağlı Qanunun qəbulundan sonra tətbiq ediləcək normativ hüquqi sənədlər üzərində işləyir

by anar
0 comment 1 views 1 minutes read

Mərkəzi Bank öz işində yeniliklərin və inklüzivliyin tərəfdarıdır və bu istiqamətdə layihələr həyata keçirir. Hazırda ödəniş sistemi ilə bağlı qanunun qəbulundan sonra tətbiq ediləcək normativ hüquqi sənədlər üzərində işləyirik.

Bunu Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 22-də keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

İnvestisiya şirkətlərinin fəallığının artırılmasını müsbət hal kimi dəyərləndirən Mərkəzi Bankın nümayəndəsi bildirib: “Nizamnamə kapitalının müəyyən edilməsi üzrə qısa kapital tələbi üzərində işləyirik. Texniki xidmətlər üçün minimum kapitalı müəyyən edəcəyik”.

Onun sözlərinə görə, bazara qeyri-peşəkarların daxil olması sektora ziyan vurur. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun qəbulundan sonra bu sistemdə qaydalar və tələblərin müəyyən edilməsi münasibətləri tənzimlənəcək.

AZƏRTAC

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.