
2026-cı ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 4 milyard 163,7 milyon manat təşkil edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9 faiz artıb.
Hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 414,5 milyon manat dəyərində xidmət göstərilib. Bu isə paytaxt üzrə göstərilən ödənişli xidmətlərin ümumi həcminin 82 faizinə bərabər olub.
Qeyd edək ki, ölkə üzrə 2026-cı ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə 7,6 faiz artaraq 6 milyard 459,2 milyon manata çatıb.




