Home » Sosial sığorta daxilolmaları proqnozu 190 milyon manata yaxın üstələyib

Sosial sığorta daxilolmaları proqnozu 190 milyon manata yaxın üstələyib

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 422,7 milyon manat təşkil edib. Bu göstərici proqnozu 189,9 milyon manat üstələyib.

Məlumata görə, hesabat dövründə qeyri-büdcə təşkilatları üzrə sosial sığorta daxilolmaları 2 milyard 244,9 milyon manatdan çox olub.

Eyni zamanda, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manata çatıb ki, bu da proqnozdan 6 milyon manat artıqdır. Bu istiqamətdə qeyri-büdcə təşkilatlarından daxilolmalar isə 92,5 milyon manatı ötüb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi isə 517,1 milyon manatdan çox olub. Bu sahədə proqnoz 13 milyon manat üstələnib, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 337,4 milyon manatdan artıq təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.