Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankı 27 ay sonra ilk dəfə faiz dərəcələrini artırıb.
BBN.az xəbər verir ki, yeni qərar ilə faiz dərəcələri 650 baza bəndi artırılıb və 8.5%-dən 15%-ə yüksəldilib.
Qeyd edək ki, tənzimləyici daha öncə belə dramatik qərarı 2018-ci ildə etmişdi və həmin zaman artım isə 850 baza bəndi olmuşdu.
Əlavə etmək yerinə düşər ki, iyunun əvvəlində Türkiyə Mərkəzi Bankına yeni sədr təyin edilmişdi. Belə ki, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkə Mərkəzi Bankına ilk qadın sədr təyin edilmişdi. Sabiq sədr Şahap Kavcıoğlunun yerinə Hafize Gaye Erkan gətirilmişdi.