Home » “BOA Agency”nin səhmləri Bakı Fond Birjasında şərti listinqə alınıb

“BOA Agency”nin səhmləri Bakı Fond Birjasında şərti listinqə alınıb

by anar
0 comments 5 views 1 minutes read

23 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOA Agency” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.

Bildirmək istərdik ki, “BOA AGENCY” ASC “Bakı  Fond Birjasi” QSC-də qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması,  delistinqi və ticarətinin təşkili Qaydaları”nın 4.5-ci bəndinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılması öhdəliyini üzərinə götürür.

Yerləşdirmə üzrə anderrayter “Unicapital  İ.Ş” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN Səhmlərin növü və forması Səhmlərin sayı Nominal Dəyəri  

Yerləşdirmə  forması

 

Anderrayter

 

AZ1001025407 Adi adlı  sənədsiz  səhm 86 000

(ədəd)

1

manat

 

Abunə yazılışı üsulu

 

“Unicapital  İ.Ş” ASC

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.