4
Böyük Britaniyada yağ, balıq, səhər yeməklərinin qiymətlərinin enməsi fonunda 2023-cü ildə ərzaq inflyasiyası ən aşağı enib.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, ərzaq inflyasiyası iyundakı 14.6%-dən iyulda 13.4%-ə enib.
Qeyd edək ki, ümumilikdə ərzağın qiymətləri bir öncəki illə müqayisədə 7.6% daha bahadır. Bildirilir ki, nəticələr gələcəyə optimist fikir aşılasa da, təchizat problemi hələ də qabaqdadır.