İqtisadi İnkişaf Nazirliyindən verilən açıqlamada ilin ikinci rübündə ölkə iqtisadiyyatının 4,6% artdığı bildirilib.
BBN.az xəbər verir ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkə iqtisadiyyatının artım məlumatlarını açıqlayıb.
Rusiya iqtisadiyyatının iyun ayında 5,3% böyüdüyü bildirilən açıqlamada, ilin ilk yarısında illik 1,4% artım qeydə alındığı ifadə edildi.
Açıqlamada, sənaye istehsalının ilin birinci yarısında əvvəlki ilə nisbətən 2,6% artdığı, iyun ayında inflyasiyanın illik bazada 3,6% olaraq qeyd edildiyi ifadə edildi.
Rusiya Mərkəzi Bankının hesablamalarına görə keçən il 2,1% daralmış Rusiya iqtisadiyyatının bu il 2% civarında böyüməsi gözlənilir.