Home » Dünya Bankı: Azərbaycanın uzunmüddətli iqtisadi artımında turizmin rolu artacaq

Dünya Bankı: Azərbaycanın uzunmüddətli iqtisadi artımında turizmin rolu artacaq

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanın uzunmüddətli iqtisadi artımı və yeni iş yerlərinin yaradılması getdikcə daha çox qeyri-neft sektorunun, xüsusilə də turizmin inkişafı ilə bağlı olacaq.

BBN.az xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ölkə son illərdə güclü makroiqtisadi idarəetmə, möhkəm fiskal ehtiyatlar və düşünülmüş dövlət siyasəti sayəsində xarici iqtisadi şoklara qarşı dayanıqlılığını qoruyub: “Karbohidrogen hasilatının tədricən azalması fonunda davamlı iqtisadi artımın təmin edilməsi və yüksək keyfiyyətli məşğulluğun yaradılması üçün qeyri-neft sektorunun rolu artacaq. Bu baxımdan, turizm iqtisadi artımın sürətləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün ən böyük potensiala malik sahələrdən biri kimi qiymətləndirilir. 2025-ci ildə Azərbaycanda iqtisadi artım neft hasilatının azalmasının davam etməsi və qeyri-neft sektorunda artım tempinin zəifləməsi səbəbindən 1,4 % təşkil edib”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.