Home » “Moody’s” “Bank Respublika”nın reytinqini “stabil” proqnozla “B2″yə yüksəldib

“Moody’s” “Bank Respublika”nın reytinqini “stabil” proqnozla “B2″yə yüksəldib

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi “Bank Respublika” ASC-nin reytinqlərinə yenidən baxdıqdan sonra yerli və xarici valyutada olan bank depozitlərinin uzunmüddətli reytinqlərinin sabit proqnozla “B3”dən “B2”yə yüksəldiyini açıqlayıb.

“Moody’s”in analitikləri qeyd edirlər ki, “Bank Respublika”nın kredit reytinqinin (BCA) yüksəldilməsi, nəzərdən keçirilən dövr ərzində Bankın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması və gəlirliliyinin yüksəldilməsi istiqamətində uğurlu səylərini əks etdirir.

Agentliyinin hesabatında həmçinin qeyd olunur ki, reytinqlərin yüksəldilməsinə təsir edən mühüm amil bankın gəlirliliyinin yaxşılaşması olub. Belə ki, 2022-ci ildə “Bank Respublika” 24 milyon manat xalis mənfəət əldə edib ki, bu da 2021-ci ilin göstəricisini 165% üstələyir. 2022-ci ildə xalis gəlirin maddi aktivlərə nisbəti 1,6% təşkil edib. “Moody’s” hesab edir ki, növbəti 12-18 ay ərzində “Bank Respublika” 2018-ci ildən bəri müsbət dinamikanın təsdiqi kimi sabit xalis gəlir əldə etməkdə davam edəcək.

“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları sırasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan – “Sparkassen International Development Trust” (“Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü) var.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.