Home » “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” layihəsi çərçivəsində təlim keçirilib

“Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” layihəsi çərçivəsində təlim keçirilib

by Aytac
0 comments 1 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim Mərkəzində  “Pensiya: müqayisəli perspektivdə metodlar və risklər” mövzusunda iki günlük təlim keçirilib.

Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” layihəsi çərçivəsində keçirilən təlimdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin nümayəndələri, habelə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyinin əməkdaşları iştirak edib.

Təlimdə  Leuven Universitetinin professoru Yves Stevens tərəfindən “Pensiyanın maliyyələşdirmə üsulları” , “Sosial təminatın modelləri və idarə edilməsi” , “Pensiya ilə bağlı risklər” mövzuları haqqında məlumatlar verilib. İştirakçıların sualları cavablandırılıb. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.