İyunun 29-da Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun Dünya Bankının (World Bank) Azərbaycan üzrə yeni ölkə meneceri xanım Stefanie Stallmeisterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
BBN.az bu haqda Mərkəzi Bankın rəsmi X başqa adla “Twitter” sosial şəbəkəsinə istinadən xəbər verir.
“Görüşdə Dünya Bankının Azərbaycandakı mövcud fəaliyyəti və 2023-2028-ci illlər üzrə yeni əməkdaşlıq çərçivəsinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda Dünya Bankı və Mərkəzi Bank arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib”, – deyə AMB-dən bildirilib.