Home » Dünya Bankının yeni ölkə meneceri ilə görüş olub

Dünya Bankının yeni ölkə meneceri ilə görüş olub

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev S.Stallmeisteri yeni təyinatı münasibətilə təbrik edərək, Nazirliklə  Dünya Bankının uğurlu əməkdaşlıq təcrübəsini, ötən dövrdə birgə icra olunan layhələrin əhəmiyyətini diqqətə çatdırıb.

Xüsusilə “Məşğulluğa Dəstək Layihəsi”nin ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsində mühüm rolu vurğulanıb. 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarının qurulmasına hədəflənən layihənin məşğulluq xidmətlərinin və proqramlarının təkmilləşdirilməsində də dəstək olduğu qeyd edilib.

Son illər ölkəmizdə aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğuluq proqramlarının genişləndirilməsi işləri və s. barədə məlumat verilib.

S.Stallmeister ötən dövrdə səmərəli əməkdaşlığın həyata keçirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. Görüşdə cari əməkdaşlıq gündəliyinə, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərinə və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.