Home » Əlilliyi olan şəxslərə yanvar-avqust aylarında 54,8 min reabilitasiya vasitəsi verilib

Əlilliyi olan şəxslərə yanvar-avqust aylarında 54,8 min reabilitasiya vasitəsi verilib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 8 ayında əlilliyi olan şəxslərə ötən ilin müvafiq dövrünə nisbətən 28 faiz çox olmaqla 54,8 min reabilitasiya vasitəsi verilib.

Onlardan  2231-i təkərli oturacaq, 291-i mühərrikli təkərli oturacaq, 1988-i aşağı və yuxarı ətraf, habelə döş protezi, 1232-i eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 2183 cüt protez ayaqqabı, 4496 cüt ortopedik ayaqqabı, 50 səsli tonometr, 48 səsli tibbi termometr, 117 korset,  1795 qoltuqaltı və dirsəkaltı ağac,19 hərəkətli qaldırıcı qurğu və s. reabilitasiya vasitələri təqdim edilib.

Yanvar-avqust aylarında 7,5 min şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı işləri bu il də davam edib.

Ümumilikdə 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib, müharibə ilə əlaqədar əlilliyi olan 1 990  şəxsə 43,1 min reabilitasiya vasitəsi verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.