Home » AMB: “Azərbaycana kiberhücumların aktivliyi artıb”

AMB: “Azərbaycana kiberhücumların aktivliyi artıb”

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan ərazisində antiterror tədbirlərinə başlayandan bəri kiberhücumların aktivliyi artıb.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev “Beynəlxalq kibertəhlükəsizlik günləri İCSD 2023″ tədbirində çıxışı zamanı bildirib.

O deyib ki, ötən iki gün ərzində bir çox sistemə olan hücumların aktivliyi artıb: “Xüsusilə DDoS, fişinqlərlə bağlı kifayət qədər hücumlar qeydə alınıb”.

Xatırladaq ki, Azərbaycanın sentyabrın 19-20-i tarixlərində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Report

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.