Home » Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 121 milyon manatı keçib

Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 121 milyon manatı keçib

by yunus
0 comments 0 views 1 minutes read

Qarabağ Dirçəliş Fondu 2025-ci ili 121,26 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 11,8% azdır.

BBN.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il Qarabağ Dirçəliş Fondunun ianə gəlirləri 53,868 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 32,9% azdır.

Fondun maliyyə gəlirləri isə 29,95% artaraq 96,911 milyon manata çatıb. Ümumi, inzibati və sair əməliyyat xərcləri 4 dəfə artaraq 14,667 milyon manat, mənfəət vergisi üzrə ödənişləri isə 31,4% artaraq 19,18 milyon manat təşkil edib.

Bundan əlavə, Fond investisiya mülkiyyəti üzrə 3,865 milyon manat ədalətli dəyər gəliri, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən isə 629 min manat gəlir əldə edib.

Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun aktivləri illik müqayisədə 7,55% artaraq 1 milyard 739,869 milyon manata yüksəlib. Fondun öhdəlikləri 7,95% artaraq 8,371 milyon manat, balans kapitalı isə 7,5% artaraq 1 milyard 731,498 milyon manat təşkil edib.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb olunması və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi məqsədilə yaradılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.