
“AzerGold” QSC 2026-cı ilin ilk yarısını 56,673 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,8% çoxdur.
BBN.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, yanvar-iyun aylarında “AzerGold”un satışdan gəlirləri 24,8% artaraq 145,616 milyon ABŞ dollarına çatıb.
Hesabat dövründə satışın maya dəyəri 63,69 milyon dollar, ümumi və inzibati xərclər 22,246 milyon dollar təşkil edib. Şirkət, həmçinin 7,5 milyon dollar icarə gəliri, 1,784 milyon dollar sair gəlir və 1,807 milyon dollar maliyyə gəliri əldə edib.
Bu il iyulun 1-nə “AzerGold”un aktivləri illik müqayisədə 20,2% artaraq 645,731 milyon ABŞ dollarına yüksəlib. Şirkətin öhdəlikləri 3,6% azalaraq 100,014 milyon dollar, balans kapitalı isə 25,9% artaraq 545,717 milyon dollar olub.
Hesabat dövründə “AzerGold”un nizamnamə kapitalı da 4,5 dəfə artaraq 163,706 milyon ABŞ dollarına çatıb.





