4
Sentyabrda Avrozonada illik inflyasiya 4.3%-ə enib, bu isə 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyədir.
BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, bu rəqəm avqust ayındakı 5.2%-dən enib.
Qeyd edək ki, bu yeni məlumat isə Avropa Mərkəzi Bankının (AMB) sentyabrda əsas faiz dərəcəsini rekord yüksək səviyyədə saxlamaqla bağlı qərarından sonra gəlib. Əsas faiz dərəcəsi Avrozonada isə 4%-də qərarlaşıb. Tənzimləyicinin proqnozuna əsasən isə 2023-cü ildə region üzrə orta inflyasiya 5.6%, 2024-də 3.2%, 2025-ci ildə isə 2.1% olacaq.