Home » Bu ölkənin Mərkəzi Bankı bir ildə 5 milyard dollar itirib

Bu ölkənin Mərkəzi Bankı bir ildə 5 milyard dollar itirib

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Bu həftə yüzlərlə etirazçı küçələrə axışaraq Qananın Mərkəzi Bankının sədri və 2 nəfər köməkçilərinin istefa verməsini tələb ediblər. 

BBN.az BBC Business nəşrinə istinadən xəbər verir ki, etirazlara səbəb isə bir ildə (2022-ci ilin maliyyə ilində-red.) Mərkəzi Bankın 5.2 milyard dollar itirməsi ilə bağlı olub.  

Eyni zamanda etirazçılar bildirirlər ki, Bank 762.000 dollardan çox yerli və xarici səfərlərə xərcləyib ki, bu da bir öncəki illə müqayisədə 87% artım deməkdir, həmçinin bildirirlər ki, Mərkəzi Bank yeni ofisinin tikintisinə ölkədə iqtisadi vəziyyətin yaxşı olmadığı bir dövrdə 250 milyon dollar xərcləyib.  

Qeyd edək ki, 2022-ci ildə Qananın ümumi borcunun həcmi 55 milyard dollara yüksəlib. Bu isə o deməkdir ki, hökumətin 70% əlavə bir gəlirə ehtiyacı var ki, borcları bağlasın. Bu isə indi qeyri-real görünür. Hazırda isə Qana ən pis iqtisadi perioddan keçir. 2022-ci ildə inflyasiya rekord həddə çatıb, 54%, və indi də 40%-dən çox qalamağa davam edir. 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.