Home » “Visa” Azərbaycanda qadınlara sahibkarlıq istiqamətində dəstək göstərəcək”

“Visa” Azərbaycanda qadınlara sahibkarlıq istiqamətində dəstək göstərəcək”

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

“Visa” beynəlxalq kart təşkilatı növbəti illərdə Azərbaycanda qadınlara sahibkarlıq istiqamətində dəstək göstərəcək”.

BBN.az xəbər verir ki, bunu Bakıda keçirilən “Baku Fintech Forum 2023” tədbirində “Visa”nın baş direktoru və Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev bildirib.

“Fintexlər bizim diqqətimizdədir. “Visa” dünya miqyasında fintexlərə yatırımlar edir. Sonuncu dəfə Gürcüstanın fintex şirkətinə dəstək vermişik. Ondan bir neçə il öncə Özbəkistan və Qazaxıstan fintexləri bizdən dəstək alıb. Biz fintexlər arasında hər il rəqabətli yarış keçiririk. Burada məqsəd fintexlərə dəstək vermək, növbəti investisiyalar üçün ən qabaqcıl və ən maraqlı fintexləri seçməkdir. İstənilən fintex burda iştirak edə bilər. Çox istərdim ki, burada Azərbaycan fintexləri də iştirak etsin və birinci olsun”, – deyə o, qeyd edib.

Report

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.