27 oktyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun üzvləri ilə Azərbaycan Mərkəzi Bankının (AMB) aidiyyatı nümayəndələri arasında “Zoom” proqramı üzərindən növbəti onlayn iclas keçirilib.
Görüş zamanı bank-maliyyə xidmətləri istehlakçılarından daxil olan şikayətlərin baxılması, statistikası, təhlili və digər cari məsələlər müzakirə edilib.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.