Avropa Mərkəzi Bankının (ECB) sədri Christine Lagarde inflyasiyaya qarşı zəfər elan etmədiklərini və inflyasiya ilə mübarizələrinin hələ bitmədiyini bildirib.
BBN.az xəbər verir ki, Frankfurtda Bundesbank tərəfindən təşkil edilən tədbirdə danışan Legarde, “Biz artıq çox şey etmişik. Ancaq cari iqtisadi vəziyyəti çox diqqətlə müşahidə edərək, mövcud faiz dərəcəsində nə qədər qalacağımıza və hansı qərarı verəcəyimiz haqda düşünəcəyik”, – deyib.
Bankın İdarə Heyətinin üzvü Francois Villeroy bildirib ki, gözlənilməz vəziyyət yaranmayana qədər ECB faiz dərəcələrini artırmayacaq.