“Vergi sahəsində sahibkarlıq subyektlərinin mövcud problemlərinin öyrənilməsi” mövzusunda ictimai müzakirə təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, KOBİA yanında İctimai Şuranın dəstəyi ilə “Bakı KOB evi”ndə “Vergi sahəsində sahibkarlıq subyektlərinin mövcud problemlərinin öyrənilməsi” mövzusunda ictimai müzakirə təşkil olunub.
Tədbirdə Dövlət Vergi Xidmətinin, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Görüş zamanı sahibkarlar Vergi Məcəlləsində edilmiş son dəyişikliklər barədə məlumatlandırılıb, vergi bəyannamələri ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.