29 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA), “ABB” ASC-nin təşkilatçılığı və Yapı Kredi Bank Türkiyənin dəstəyi ilə “Türkiyə və xarici bankların anti-fraud təcrübəsi, dələduzluq hallarının müzakirəsi, həmçinin bu tip hallarla mübarizə üsulları” mövzusuna dair seminar keçirilib.
Seminar Yapı Kredi Bank Türkiyənin fırıldaqçılıq və sui-istifadə halları ilə mübarizə üzrə direktoru Halis Köseoğlunun iştirakı ilə keçirilib.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.