Home » “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” başa çatıb

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” başa çatıb

by Aytac
0 comments 1 views 1 minutes read

3 gün davam edən “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə yerli şirkətlərin mindən çox çeşiddə məhsulları nümayiş olunub.

 

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə ilk dəfə olaraq keçirilən “Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” başa çatıb.

7-9 dekabr tarixlərində Bakı İdman Sarayında keçirilən sərgini 3 gün ərzində minlərlə insan ziyarət edib.

Sərgidə Bakı və ölkə regionlarından olan 100-ə yaxın yerli şirkətin 1000-dən çox çeşiddə kənd təsərrüfatı, sənaye, qida, İKT, tekstil, inşaat və s. məhsulları, eləcə də avadanlıq və texnologiyalar nümayiş olunub.

İstehsalçı, təchizatçı, alıcı və ixracatçıları bir araya gətirən sərgi yeni əməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsi üçün əlverişli imkan yaradıb. Sərgi çərçivəsində həmçinin, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlərə, dəstək mexanizmləri və güzəştlərə, yerli istehsalın stimullaşdırılması tədbirlərinə, “Made in Azərbaijan” brendinin təşviqinə dair dövlət və özəl qurumlar arasında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sərgi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub. Sərgiyə “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyi, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da dəstək göstərib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.