Home » SOCAR-ın prezidenti “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb

SOCAR-ın prezidenti “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb

by Aytac
0 rəy 1 baxış 0 dəqiqə oxuma

11 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin

(SOCAR) prezidenti Rövşən Nəcəf Yaponiyanın ən iri bank holdinqlərindən biri olan “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətlərindən məmnunluq ifadə edilib, SOCAR ilə “Mizuho” Bankı arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ hədəfləri, bu xüsusda enerji keçidi, rəqəmsallaşma, innovasiya və biznes dayanıqlılığı kimi fəaliyyət istiqamətlərində görülən işlər barədə məlumat verilib.

Tərəflər enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.