Home » Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi açıqlanmışdır – Foto

Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi açıqlanmışdır – Foto

by ulviyya
0 rəy 9 baxış 1 dəqiqə oxuma

“Azərbaycan Respublikasının Mərkəzi Bankının mühüm vəzifələrindən biri də maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir. Bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanması qərara alınmışdır”.

BBN.az bu haqda Mərkəzi Bank tərəfindən açıqlanan 2023-cü ilin noyabr ayı üçün İstehlakçıların hüquqlarının müdafiəsi və Maliyyə savadlılığı üzrə informasiya bülleteninə istinadən xəbər verir.

“Qeyd edək ki, bu indeks bankların maliyyə dayanıqlığı və kreditləşmə fəaliyyəti ilə bağlı deyildir. İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və sair xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların müştəri bazasına proporsional olaraq hesabat ayı üzrə bankların sıralamasını əks etdirir.

Mərkəzi Bank öz mandatına uyğun olaraq maliyyə xidmətləri istehlakçılarının bank xidmətləri ilə bağlı şikayətlərini diqqət mərkəzində saxlayır və bu sahədə olan trendləri daimi əsasda təhlil edərək müvafiq tədbirlər görür”, – deyə tənzimləyici tərəfindən bildirilib.

Əlavə edək ki, bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinə dair məlumatları aşağıdakı fotodan baxa bilərsiniz.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.