Home » Xarici turizm sənayesi nümayəndələri və blogerlərin Azərbaycana səfəri təşkil olunub

Xarici turizm sənayesi nümayəndələri və blogerlərin Azərbaycana səfəri təşkil olunub

by khayale
0 rəy 6 baxış 1 dəqiqə oxuma
14-18 dekabrda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə qış turizmi mövsümünün açılışı ilə bağlı Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Rusiya, Özbəkistan, Qazaxıstan və Belarusdan 90-a yaxın turizm sənayesi nümayəndəsi və blogerlər üçün “Şahdağ” Turizm Mərkəzinə tanışlıq səfəri təşkil olunub.

Səfər zamanı qonaqlara kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.

Həmçinin onlar kompleksdə təklif olunan kvadrosikl, kanat yolları, “Alpine Coaster” attraksionu və digər xidmətlərlə tanış olublar.

Bundan əlavə, səyahət və turizm sektorunda əməkdaşlığın qurulması, həmçinin təcrübə mübadiləsinin aparılması məqsədilə dekabrın 18-də Bakıda 80 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə B2B (biznesdən biznesə) formatında görüşlər keçirilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.