
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,42 ABŞ dolları və ya 0,46 % azalaraq 91,51 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 88,53 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 0,39 ABŞ dolları və ya 0,44 % azalaraq 88,11 ABŞ dollarına düşüb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində 1 barel neftin orta qiyməti 65 ABŞ dolları götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Azərbaycanda bu markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 % təşkil edir.





