Home » 2023-cü ilin bu gününədək meşə fondu torpaqlarında 2 milyon 400 min ağac əkilib

2023-cü ilin bu gününədək meşə fondu torpaqlarında 2 milyon 400 min ağac əkilib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma
Ölkə ərazisində ötən həftə yağışlı hava şəraitinin müşahidə olunmasına baxmayaraq meşə fondu torpaqlarında ağacəkmə və meşəbərpa tədbirləri davam edib, hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ meşəcinsli ağac tingləri əkilib, toxumlar səpilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, təkcə ötən həftə ərzində meşə fondu torpaqlarında keçirilən meşəbərpa tədbirləri zamanı 350 mindən çox ağac tingi əkilib, 7 ton toxum səpilib.

“2023-cü ilin yaz əkin mövsümündə və payız əkin mövsümü başlayandan bugünədək Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ölkənin meşə fondu torpaqlarında, ümumilikdə 2 milyon 400 min müxtəlif növ meşəcinsli ağac tingi əkilib, 61 tondan artıq toxum səpilib”.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.