Home » SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

by anar
0 comments 2 views 1 minutes read

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclası keçirilib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə SOCAR-ın 2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyət nəticələri ətraflı müzakirə edilib. Hesabat dövründə neft və qaz yataqlarının işlənməsi üzrə görülən işlər, hasilat göstəriciləri, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, dekarbonizasiya istiqamətində atılan addımlar barədə məlumat verilib. Eyni zamanda, cari ilin ilk 9 aylıq nəticələri əsasında korporativ Əsas Səmərəlilik Göstəriciləri (ƏSG) üzrə hədəflərin icra vəziyyəti nəzərdən keçirilib, 2024-cü il üçün büdcə layihəsi müzakirə edilib.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı, həmçinin SOCAR-ın dekarbonizasiya hədəflərinə çatması məqsədilə “SOCAR Green” MMC şirkətinin təsis edilməsi təsdiq edilib.

Müşahidə Şurasının iclasında, habelə “Yeni Əməliyyat Modeli”nin icra statusuna dair təqdimat edilib. Qarşıya qoyulan strateji məqsədlərə nail olmaq məqsədilə tətbiq olunan əməliyyat modelinin qısa müddət ərzində SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsi, biznesin dayanıqlılığı və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılması işlərinə mühüm töhfə verdiyi bildirilib.

İclasda gündəliyə daxil olan digər məsələlər ətrafında fikir mübadilələri aparılıb, müvafiq tapşırıqlar verilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.